Bu gün gecə saatlarında Tovuzun Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidəki fermaların birində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların nümayəndələri ilə birlikdə olay yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Alov söndürülən zaman yarımtikilidə bir nəfərin yanmış cəsədi aşkarlanıb. Meyitin Aşağı Öysüzlü kənd sakini 25 yaşlı Nicat Məmmədova məxsus olması müəyyən edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində fermada çobanlıqla məşğul olan 35 yaşlı Eldar İbrahimovun ferma sahibinin oğlu olan Məmmədovu aralarında yaranmış mübahisə zamanı baş nayihəsindən dəmir alətlə vuraraq öldürməsinə şübhələr müəyyən edilib. İbrahimov hadisəni törətdikdən sonra yanğınsöndürənləri çağırmaq üçün əl-ayağa da düşüb.
- Baxış: 207