KepezTV Player
Ermənistanın Azərbaycana qarşı əsassız iddiaları hüquqi müstəvidə bir daha təkzib edildi. Bunu Ombudsman Səbinə Əliyevanın Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr tarixli qərarı ilə bağlı bildirib. "Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi məsələsi də daim Ombudsmanın diqqət mərkəzindədir", - deyə Səbinə Əliyeva qeyd edib.
- Baxış: 157