KepezTV Player
Polis əməkdaşları Kəlbəcər rayonunda xidmət apararkən müvafiq icazələri olmayan və rayon ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmuş Səxavət Məmmədov, Taleh Məmmədov, Eldar Həsənov, Muraz Süleymanov və Cəmil Mehdiyevi saxlayıblar. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər. Şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
- Baxış: 208