• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 15.11.2023 16:44

Vilayət Eyvazov qəbul və sıra baxışı keçirib

KepezTV Player

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşları qəbul edib. Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl, Naftalan və digər rayonlardan qəbula gələn 120 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Qaldırılan məsələlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Səfər çərçivəsində Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. 45-i Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 225 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.