KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Mərakeşdə keçirilən I Azərbaycan-Mərakeş Biznes Forumunda iştirak edib. Ceyhun Bayramov KOBİA, AZPROMO və Bakı Limanı tərəfindən mərakeşli həmkarları ilə anlaşma memorandumlarının imzalanmasını yüksək qiymətləndirib. Nazir, Mərakeş investorlarını və şirkətlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes və investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.
- Baxış: 179