Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib. Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib. Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının bu kəndlər yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.
- Baxış: 218