• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 10.11.2023 17:01

Biləsuvarda azyaşlının qidadan zəhərlənməsi ölümlə nəticələnib

KepezTV Player

Biləsuvar rayonunda uşağın qidadan zəhərlənməsi ölümlə nəticələnib. Hadisə rayonun Təzəkənd kəndində baş verib. 8 yaşlı Tellixanım Anar qızı Məmmədli ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qıza göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məmmədova dünən ailəsi ilə birgə, ev şəraitində hazırlanan kələm şorabası yeyib. Bundan sonra o özünü pis hiss edib. Faktla bağlı araşdırma aparılır.