• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1626
— 09.11.2023 14:06

Vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə könüllü təhvil verib

KepezTV Player

Şəmkirdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində tədbirlər davam edir. Rayon Polis Şöbəsinin  əməkdaşlarının fəaliyyəti nəticəsində həftə ərzində 17 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər. Bununla da polisin keçirdiyi əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı cari ilin müvafiq dövrü ərzində ümumilikdə aşkarlanan silahların sayı 105-ə çatıb. Silahlardan 7-si yivli silahlar sinifinə aiddir.