• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 08.11.2023 13:14

Azərbaycanın Zəfər Günü Pakistanda təntənəli şəkildə qeyd olunub

KepezTV Player

Azərbaycanın Pakistandakı səfirliyi Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib. Səfir Xəzər Fərhadov azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən söhbət açaraq “Böyük Qayıdış” proqramı barədə qonaqları məlumatlandırıb. Pakistanın informasiya və yayım üzrə federal naziri Murtaza Solanqi Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsinin Pakistan xalqı arasında böyük sevinclə qarşılandığını dilə gətirib. Bütün sahələr üzrə əlaqələrin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyini bildirib.