• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 07.11.2023 12:14

Prezident İlham Əliyev fərmanlar imzalayıb

KepezTV Player

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət və Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Bununla bağlı Prezident İlham Əliyev fərmanlar imzalayıb.

Dövlət başçısının digər fərmanları ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin və Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da artırılıb. Xüsusi Təyinatlı Qüvvələrinin vəzifə maaşları orta hesabla 2,1 dəfə, digər hərbi qulluqçularda isə 20 faiz artım olacaq. Fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.