KepezTV Player
Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Zəfər günü”nə həsr olunmuş ali və orta ixtisas təhsili tələbələri arasında intellektual bilik yarışı keçirilib. “Zəfərimiz əbədidir” adlı bilik mübarizəsinə 9 universitet və 5 kollec təmsilçiləri qatılıb. Ənənəvi keçirilən yarışda hər komanda 6 iştirakçı ilə təmsil olunub. Üç mərhələdən ibarət yarışda ümumilikdə iştirakçılara 36 sual təqdim edilib. Zəfərlə yekunlaşan Vətən müharibəsi, Heydər Əliyev irsi, ümumi dünya görüşünü əhatə edən suallara verilən cavablar münsiflər tərəfindən qiymətləndirilib.
Elnur Vahidoğlu
- Baxış: 173