• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 03.11.2023 16:05

DTX-nin saxladığı Madat Babayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

KepezTV Player

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Madat Babayan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Ona Cinayət Məcəlləsinin 5 maddəsi üzrə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, Babayan Madat Arakeli bu ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb. O, qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinir.