"Azərbaycan Vətən müharibəsinin ardından 30 illik işğala son qoydu. Bu tarixi zəfərdən böyük qürur və sevinc duyuruq". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçılarının Astanada toplantısında çıxışı zamanı deyib. Ərdoğan qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı öhdəliklərini yerinə yetirməsi önəmlidir. "Azərbaycanın zəfəri ilə regionda sülh və sabitliyə bir addım daha yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur.", - Türkiyə lideri bildirib. Zəngəzur dəhlizindən danışan Türkiyə prezidenti Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsinin böyük önəmə sahib olduğunu diqqətə çatdırıb. "Xəttin açılması bütün bölgə ölkələrinin rifahına töhfə verməklə yanaşı, Türkiyəni də ata yurdu olan Orta Asiyaya bağlayacaq. Bu mərhələnin uğurla tamamlanması üçün Türk Dünyası olaraq Azərbaycana olan dəstəyimizi davam etdirməliyik", - deyə R.T.Ərdoğan qeyd edib.
- Baxış: 151