• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 02.11.2023 19:49

“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” adlı seminar keçirilib

KepezTV Player

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə seminar baş tutub. “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda reallaşan tədbirdə Ulu Öndərin coxşaxəli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra Azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasından danışılıb. Xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şəraitdən bəhs olunub. Bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş məlumat verilib. Heydər Əliyevin  Azərbaycanı dünya miqyasında multikultural ölkəyə çevirdiyi vurğulanıb.

Əyyub Kərimov- Azərbaycan Texniki Universitetinin professoru: "Müxtəlif dinlərin nümayəndələri iştrak etdilər. Eyni zamanda, gənclərimiz və Gəncənin ictimaiyyət nümayəndələri iştrak edirdilər. Hesab edirəm ki, Ümumilli liderimizin multikulturalizm sahəsində gördüyü unikal işlərin müəyyən hissəsini toplaşanlara təqdim edə bildik".