• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2285
— 01.11.2023 19:59

Yaşayış binasının zirzəmisində tüstülənmə olub, sakinlər təxliyə edilib

KepezTV Player

Gəncədə yaşayış binasının zirzəmisində baş vermiş tüstülənmənin qarşısı alınıb. Hadisə 3-cü mikrorayon, 18-ci binanın zirzəmisində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Təhlükəsizlik səbəbindən yaşayış binasında elektrik enerjisinin verilməsi dayandırılıb. Zirzəmidə baş vermiş tüstülənmə səbəbindən sakinlər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisəyə səbəb binanın zirzəmisindəki məişət tullantılarının yanması olub. Alov söndürülüb. Yaşayış binasına elektrik enerjisinin verilməsi bərpa olunub.