• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2290
— 01.11.2023 16:46

Vətəndaş silah-sursatı könüllü polisə təqdim edib

KepezTV Player

Naftalanda şəhər sakini bir neçə il bundan əvvəl tapdığı silah-sursatı könüllü olaraq polis şöbəsinin əməkdaşlarına təqdim edib. Bu, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən profilaktiki tədbirlər nəticəsində mümkün olub. Vətəndaşdan 4 ədəd "F1" əl qumbarası, 492 ədəd 7.62 mm-lik və 320 ədəd 5.45 mm-lik avtomat patronu, 14 ədəd müxtəlif silahlara məxsus patron darağı və 1 ədəd odlu silah aşkarlanıb. Sözügedən silah-sursat müvafiq ekspertizaya təqdim olunub, araşdırmalar davam etdirilir.