• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 01.11.2023 16:44

Qonşu ana və qızını döyüb, qız ölüb

KepezTV Player

1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət alması, qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırma zamanı 1969-cu il təvəllüdlü Sayruz Səttərovun paytaxtın Nəsimi rayonunda qonşuları Marina Çabanova və Nərminə Vəliyevaya xəsarətlər yetirməklə ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb, Baş prokurorluğun məlumatına görə, Sayruz Səttərov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.