• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 825
— 30.10.2023 11:26

Xankəndidə “Halo Trust”un bazası və yararsız minatəmizləmə avadanlıqları aşkarlanıb

KepezTV Player

Xankəndidə “Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkarlanıb. Baza Minatəmizləmə Agentliyi tərəfindən humanitar minatəmizləmə fəaliyyətləri zamanı müəyyən edilib. Beynəlxalq humanitar təşkilata məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqlarına, detektorlara rast gəlinib. Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib.