KepezTV Player
Abşeronun Masazır kəndindən Zəngilanın yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir. Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşan ailələrin sayı 175-ə, yəni 871 nəfərə çatacaq. Kəndə köçürülmə bundan sonra da davam etdiriləcək.
- Baxış: 227