KepezTV Player
Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib. Xəstəliyin qarşısının alınması üçün vaksinasiyanın vacibliyi vurğulanıb. Peyvənddən kənarda qalan uşaqların tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsi tövsiyə edilib. Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Gimnaziyanın 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalan uşaqlar arasında baş verib.
- Baxış: 163