• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 26.10.2023 12:12

Dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb

KepezTV Player

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı artıb. TƏBİB-in məlumatına görə Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir. Hadisə iki gün öncə baş verib. Binə qəsəbəsində yerləşən 4 məktəbin şagirdləri dönərdən zəhərləniblər. Əvvəlcə 20 şagird xəstəxanaya müraciət etsə də sonra isə daha 4 məktəbli xəstəxanaya yerləşdirilib.