KepezTV Player
Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək üçün Ankarada işgüzar səfərdə olub. Kamran Əliyev tədbirdə iştirak edən baş prokurorlarla görüşüb, əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb. Sonda, baş prokurorlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər. Baş prokuror Kamran Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması anını əks etdirən rəsm əsəri təqdim edib.
- Baxış: 169