KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov və Rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə mövcud perspektivlər, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə bölgədəki cari vəziyyət barədə müzakirə aparıblar. Regionda sülh və sabitliyin təmin olunması diqqətə çatdırılıb. Azərbaycan və Ermənistan arasında bərabər və qarşılıqlı hörmətə əsaslanan davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylərin davam etdirilməsinin, bu gün bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.
- Baxış: 242