KepezTV Player
Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər müəyyən edilib. Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər. Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
- Baxış: 219