Aura bizə və gündəlik həyatımıza necə təsir edir? Auramızı qorumaq və yüksəltmək üçün nələrə diqqət etməliyik? Gündəlik həyatımızda hər gün “aura” sözünü eşidirik.
70-ci illərdə məşhur olan əhval halqalarının dəyişən duyğularımızı əks etdirdiyi güman edilirdi: yaşıl və mavinin daha isti tonları məmnunluq və ya sevinc deməkdir, qorxulu qara isə qaranlıq əhval-ruhiyyəni proqnozlaşdırırdı. Aura bizim bədənimizdə oval yaradaraq şəxsiyyətimizi, həyat tərzimizi, duyğularımızı əks etdirir.
Hər kəsin özünəməxsus bir enerjisi var. Təqdiqatçıların fikrincə, zəif enerjisi olan insanlar daha tez xəstələnir, başlarına gələn mənfi hadisədən dərhal təsirlənirlər. Ancaq aurası müsbət olan insanların həyat enerjisi yüksək olur və cəmiyyət tərəfindən asanlıqla qəbul edilirlər. Bu, müsbət ab-hava bir növ qalxan rolunu oynayaraq, onları xəstəlikdən, pis vərdişlərdən qoruyur. Pis vərdişlərə yiyələnmək demək olar ki, gənc yaşlardan başlanır. Bu haqda isə müsahibimiz bizə ətraflı məlumat verəcək. Görək bir müəllimin baxışından şagirdlər niyə pis vərdişə yiyələnir?
Vüsal Hicran- Azərbaycan və Dünya ədəbiyyat kafedrasının baş müəllimi: “Aura Yunan mənşəli sözdür. Hərfi mənası əsmə, titrəmə deməkdir. İnsan həyatında bioenerjinin rolu danılmazdır və aura ilə birbaşa əlaqədə olan enerji sözü də bizim həyatımıza təsir edir. Yəni, aura bizim düşüncələrimizin, mənfi və ya müsbət enerjilərimizin cəmi kimidir. Müsbət aura, müsbət düşünməkdən başlayır”.
Aycan Cəfərova- tələbə: “Auranın bizim həyatımızda mövcud olmağına inanıram. Eyni zamanda bizə təsiri də az deyil və düşünürəm ki, hər insanın fərqli aurası var. Bəzən ətrafımda pis hadisə baş verəndə, mən ruhdan düşürəm amma öz auramı yüksəltməyə çalışıram və sonda bunu bacarıram”.
Heyvanlar və bitkilərin də özlərinə xas enerjisi olur. Heyvanlarla keçirdiyimiz vaxt, ətrafa valehedici qoxu saçan bir çiçək, gözəl ətir belə əhvalımızı düzəldə bilər. Hunterin fikrincə, hər kəs bir az təcrübə ilə özünün və ya başqasının auralarını görə bilər. Həmçinin daha enerjili olmaqla ab-havamıza şüurlu şəkildə təsir edə bilərik. Ətrafdakıların mənfi enerjisindən müdafiə olunmaq böyük bacarıq tələb edir. İradəli insanlar bu işin öhdəsindən gəlməyi əla bacarırlar. Xarakteri zəif olanlar isə bir növ aura vampirlərinin qurbanına çevrilərək bu yoldan qurtulmaq üçün böyük bir enerji sərf edirlər. Ümumiyyətlə hər kəs mənfilikdən qorunmaq üçün özünü daha müsbət aura ilə əhatə etməyi bacarmalıdır. Burda əsas məqsəd bədəninizin enerjisini harmoniyaya salmaq və bu enerjinin axmasına nail olmaqdır.
Bəzən həyatımızda xoşagəlməz vəziyyətlər yarana bilər, ancaq önəmli olan odur ki, biz mənfilərə köklənməyib auramızı müsbət saxlıyaq.
Leyla Əliyeva
- Baxış: 318