• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 13.10.2023 09:30

Şəkidə bir-neçə ticarət obyektinin olduğu binada yanğın olub

KepezTV Player

Şəkidə ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində Şəki şəhər sakini, Rahim Baba oğlu Cəlilova məxsus ümumi sahəsi 12 kvadratmetr olan köşkdə yanğın baş verib. Əraziyə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Alov söndürülüb, yanğının digər bitişik ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.