• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2180
— 29.09.2023 11:31

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

KepezTV Player

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə ümumi balı 50-dən, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan  və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan­larından “məqbul” alan abituriyentlər müraciət edə bilərlər. İxtisas seçimi 29 sentyabrdan 2 oktyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır.