• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 21.09.2023 14:41

İcma: "Avropa Parlamenti Avropanın utanc mənbəyidir"

KepezTV Player

Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb. Bu barədə Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin deputatlarının son günlər verdikləri açıqlamalarla bağlı bəyanatında bildirilib. "Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və bu qəbildən olan deputatların düşdüyü durum acınacaqlıdır. Müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.", - deyə İcmadan qeyd edilib.