• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 20.09.2023 09:37

Ermənistan tərəfinin ardıcıl dezinformasiyaları

KepezTV Player

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır. Bu barədə Nazirliyin açıqlamasında deyilir. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - açıqlamada bildirilir. Nazirlikdən o da qeyd olunur ki, Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Azərbaycan Ordusu sülhməramlıların konvoyunu atəşə tutmayıb

Nazirliyin digər məlumatında Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməniəsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun və sülhməramlılara məxsus mövqeyin atəşə tutulması barədə yayılan məlumatların tamamilə yalan olduğunu və dezinformasiya xarakteri daşıdığı vurğulanıb.

Sülhməramlılara məxsus kolonun və mövqeyin atəşə tutulması barədə yayılan məlumatlar yalandır

Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi, yaşayış məntəqələrinin atəşə tutulması və təcili tibbi yardım maşınına atəş açılması ilə bağlı yayılan məlumatlar da növbəti dezinformasiyadır. Bu barədə MN-dən məlumat verilib.