Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da erməni şahmatçı Levon Aronyanın təxribatçı fikirlərinə cavab verib. Beynəlxalq qrosmeyster bununla bağlı özünün sosial şəbəkə hüsabında paylaşım edib. "Levon, birincisi, Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq, hazırda Azərbaycan Prezidentinin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları paralel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə, sifarişli “gediş” etdin.”, - deyə Şəhriyar Məmmədyarov qeyd edib.
Azərbaycanın aparıcı şahmatçısı Teymur Rəcəbov isə "Şahmat hər hərəkətin dərin düşüncə və diqqətli təhlil tələb etdiyi strategiya və intellekt dünyasıdır. Bu oyunda manipulyasiya və yalan üçün yer yoxdur, bizi dürüst və ədalətli olmağa öyrədir. Qrosmeysterlər yüksək şahmat titullarının daşıyıcıları kimi təkcə lövhədə deyil, həm də açıqlamalarında dürüstlüyə riayət etmək məcburiyyətindədirlər. Lakin təəssüf ki, bu, erməni şahmatçısı, üçqat Olimpiya çempionu Levon Aronyana şamil edilmir.", - deyə bildirib.
- Baxış: 137