• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2188
— 15.09.2023 15:53

Bilik Günü Samuxun bütün orta təhsil müəssisələrində təntənə ilə qeyd olunub

KepezTV Player

Bu gün Samux məktəblərində də ilk zəng çalınıb.Şagirdləri və müəllimləri təbrik edənlər sırasında Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev də olub. Rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyi diqqətə çatdırılıb. Ötən dərs ilində məzun olan 526 nəfərdən 169-nun tələbə adı qazandığı vurğulanıb. 19 nəfər 500-dən, 2 məzun 600-dən yüksək bal toplayıb. Bu il Samux rayonu üzrə 786 uşaq birinci sinifə qədəm qoyub. Rayon rəhbəri ötən dərs ilində ən yüksək nəticə göstərən Qovlarsarı kənd tam orta məktəbinin kollektivi ilə də görüşüb. Onlara növbəti dərs ilində yeni nailiyyətlər arzulayıb.