KepezTV Player
"Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı cinayət işi məhkəməyə göndərilib". Bunu İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşündə deyib. İranın Baş prokuroru səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məhkəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib. Kamran Əliyev İranlı həmkarı ilə ölkəsində məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işini müzakirə edib.
- Baxış: 216