Bakıda yığmamız üzərində minimal hesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı beş cavabsız qolla üstələyib. Qarşılaşmanın 4-cü dəqiqəsində Yan Vertongen, 18 də Leandro Trossard, 56-cı və 58-ci dəqiqələrdə Romelu Lukaku, 88-ci dəqiqədə Şarl De Ketelyar adını tabloya yazdırıb.
İsveç isə evdə Avstriyaya yenilib. Avstriya millisinin qollarını 53-cü dəqiqədə Mixail Qriqoriçş, 56-cı və 69-cu dəqiqələrdə Marko Arnautoviç rəsmiləşdirib. İsveçin təsəlli qolunu oyunun 90-cı dəqiqəsində Emil Holm vurub. VI turun nəticələrinə əsasən Azərbaycan millisi aktivindəki 1 xalla Estoniya millisi ilə 4-cü - 5-ci yeri paylaşır. Belçika ilə Avstriya 13 xalla 1-ci - 2-ci yerləri bölüşürlər. İsveç 6 xalla 3-cüdür.
Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşib. İkinci yerə iddia edən İtaliya Ukraynanı 2:1 hesabı ilə üstələyib. Matçda bütün qollar birinci hissəyə təsadüf edib. Fratessinin 12-ci və 29-cu dəqiqələrə təsadüf edən qollarına Ukraynalılardan 41-ci dəqiqədə Yarmolenko cəmi 1 qolla cavab verə bilib.
- Baxış: 295