Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Ermənistan və Xorvatiya yığmaları arasında oynanılan AVRO-2024-ün seçmə mərhələsinin oyununda baş verən hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda matçın 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin "bayrağı"nı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilməsi böyük şiddətlə qınanılır və Ermənistan Futbol Federasiyasını bu cür əməllərin qarşısını almaq, öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədi ilə tədbirlər görməsi tələb olunur.
- Baxış: 260