Göründüyü kimi, demək olar ki, hər gün bir neçə dəfə sərhəddə və erməni separatçılarının olduğu ərazidə qarşı tərəfin təxribatları ilə bağlı məlumatlar yayılır. Atəşkəsi pozur, səngərlər qazır, qanunsuz daşımalar edirlər. Bu, Ermənistanın sülhdən nə qədər uzaq olduğunu göstərir. Üstəlik də ABŞ-la birgə hərbi təlimlərə hazırlaşması, onsuz da gərgin olan vəziyyətin üstünə su səpəsi deyil.
Ermənistan Azərbaycanla şərti sərhəddə atəşkəsin pozulmasını intensivləşdirib. Bu, daha çox Laçın və Kəlbəcərdə baş verir. Rusiyalı sülhməramlıların müvəqqəti himayəsində olanlar da gah silaha əl atır, gah da səngər qazır. Aydındır ki, Ermənistan, havadarlarına güvənib sülhdən uzaqlaşır, əldə edilən nailiyyətlərdən çəkilir. Törədilən təxribatlar, Qarabağ məsələsini Azərbaycanın daxili işindən çıxarıb geniş müstəviyə qaldırmaqdır.
Şair Ramaldanov- hərbi ekspert: “İstər şərti sərhəddə, istərsə də Rusiyanın sülhmərəmlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycan ordusu hər bir gənginliyin qarşısını alaraq adekvat cavabı verib, verir və verəcəkdir. Əgər vəziyyət elə bir şəkildə inkişaf etsə və Azərbaycanın müzəffər ali baş komandanı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə bunu söyləyib, Azərbaycana hər hansı bir təhlükə yaranarsa Azərbaycan dərhal adekvat cavabı verəcəkdir. Bunun üçün Azərbaycanın iradəsi, Azərbaycanın güclü ordusu və Azərbaycanın müzəffər ali baş komandanını dəstəkləyən xalqı var”.
Baş verən gərginliyin fonunda Ermənistanın Amerika Birləşmiş Ştatları ilə birgə hərbi təlimlər keçirəcəyi Cənubi Qafqazda təhlükəsizliyə və sülhə növbəti təhdiddir. Azərbaycanın bölgədə uzunmüddətli sülh və təhlükəsizliyə can atdığı bir zamanda qarşı tərəfdən davam edən bu cür təxribatçı hərəkətlər heç də sabitləşdirici rol oynamır.
Sahil Kərimli- siyasi şərhçi: “Təəsüf ki, Ermənistan bütün imkanlardan istifadə edərək bölgədəki kövrək sülh proseslərinə ciddi zərbələr vurmağa çalışır. Həm Avropadakı, həm ABŞ-dakı öz himayədarlarını bu məsələyə cəlb etmək istəyir. Azərbaycana güc nümayiş etdirmək istəyir. Əlbəttə Amerika ordusunun Ermənistanda hərbi təlimlər keçirməsi Ermənistanın bölgəyə güc nümayişidir. Bütün bunlar mənfi nəticələnə bilər. Çünki bölgədə sülh çox kövrəkdir və sülhə tədhid birbaşa Ermənistanın özüdür. Bu gün ermənistan bölgədə yeni müharibə ocağı yaratmaq istəyir. Ermənistan havadarlarından istifadə edərək bölgədə yeni müharibəni alovlandırmaq istəyir. Əlbəttə, bu da mənfi nəticələrə gətirib çıxara bilər. Azərbaycan dövlətinin qətiyyəti, Azərbaycan ordusunun gücü öz yerindədir”.
44 günə pozulmuş ədaləti bərpa edən Azərbaycan dövləti nəinki Ermənistana, bütün dünyaya nəyə qadir olduğunu göstərdi. Həm hərb meydanında, həm də diplomatik müstəvidə. İndi yenə də Ermənistan danışıqlar masasını silahla əvəzləməyə çalışır, sülhün yenə də dəmir yumruqla bərqərar olmasını istəyir.
Elnur Vahidoğlu
- Baxış: 406