44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket zərbələri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən tapşırıqlar verilib və ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla, Gəncə Memorial Kompleksi layihələndirilib. Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan kompleks unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir. Memorial abidə 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənilmiş, hədisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilmiş memarlıq nümunəsidir.
Azad Mustafayev
- Baxış: 406