• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1066
— 27.06.2023 12:05

Manipulyasiya

KepezTV Player

İnsan əlaqələri öz ziddiyyəti ilə həyatımızın mərkəzində yer tutur. Qarşılıqlı münasibətlər dərinləşdikcə  insanlar arasında yaranan probləmlər təbii hal alır. Bəzən bu məsələlər emosiyalardan və ya xəsislikdən irəli gəlir. Bu zaman sevdiyimiz birini  qısqanmaq, paylaşa bilməmək və yaxud bunun əksi olan paxıllıq kimi hisslər göstərə bilirik. Və belə hallarda manipulyasiya ortaya çıxır.

Bəzən ailəmiz, dostlarımız, hətta partnyorumuz tərəfindən istəmədiyimiz bir şeyi etmək, xəyallarımıza “yox” demək məcburiyyətində qalırıq. Bu, zəif xarakterli insanların etdiyi manipulyasiyadır.

O,  istənilən münasibətdə üzə çıxa biləcək bir problemdir. Manipulyasiya yaxınlarımız tərəfindən bir şeyə məcbur edilmə şəklimizdir. Onlar üzərimizdə təsir yaratmaq üçün özlərini ya güclü və yaxud da qurban kimi göstərirlər. Burada əsas məqsəd isə qarşılarındakı şəxsin həyatını idarə etməkdir. Belə insanların fərqində olmamaq və onların duyğularımızdan istifadə etməsinə yol vermək isə problemi dərinləşdirir. Çünki, bu hallar enerjimizi aşağı düşməsinə səbəb olur, eyni zamanda da özümüzün onlardan asıllılığına gətirib  çıxarır.

Kəmalə Quliyeva– idmançı: “Hər birimizin həyatında uğur qazanmağımızı istəməyən insanlar olur. Və təbii ki, mənim də həyatımda olur. Yəni, yaxınlarım, dostlarım mən məşqə gedəndə çox müdaxilə etdilər. Dedilər ki, qız nədir, idman nədir? Hətta ailəm belə.  Heç birinə inanmadım, yenə idmanıma davam etdim. Sonra öz-özümə fikirləşdim, çox onların təsirinə düşdüm.  Yəni dedim, mən bunu edə bilmərəm”.                    

Hətta bəzən manipulyasiya halları o qədər kəskin şəkil alır ki, ona məruz qalan insan psixoloji dəstəyə belə ehtiyac duyur.  Bu yerdə isə mövcud vəziyyətdən çıxmaq üçün artıq daha bariz tədbirlərin görülməsi şərt olur. Şəxs düşdüyü burulğandan çıxmaq üçün yollar axtarır. Ya radikal qərarlar verib həmin insanları həyatından uzaqlaşdırır, ya da olduğu çevrədəki adamları dəyişdirməyə çalışır. İstənilən halda, manipulyasiyaya məruz qaldığının fərqinə varan insanın həyatında artıq heç nə əvvəlki kimi olmur.   

Kəmalə Quliyeva– idmançı : “Gizlin məşqlərə gedirdim, evdən ailədən heç kim bilmirdi. Və biləndən sonra ailəmlə üz-üzə gəldik. Ailəmə dedim ki, mən bacaracağam. İstəyirəm ki, çempion olum. Bayrağımızı başqa yerlərdə, başqa ölkələrdə dalğalandırım. Yaxşı nəticələr verdim və Azərbaycan çempionu oldum. Bəzən olur ki, insanların qarşısında iki seçim olur. Bir öz seçimin, bir də başqalarının seçimi. Və mən öz seçimimi seçdim. Buradan da insanlara səslənirəm ki, siz xəyallarınızın arxasınca gedin”.  

Manipulyasiyaya məruz qalmaq bizdən asılı olmasa belə, bunun fərqində olub həmin insanlarla mübarizə aparmaq öz əlimizdədir. Gəlin ən sağlam şəkildə qeydimizə qalaq! Kiminsə həyatımıza müdaxilə etməsinə imkan verməyək!

Fidan Qədimova