KepezTV Player
Bu gün Azərbaycanın orta məktəblərində “Son zəng” çalınıb. Ümumilikdə 101 min 915 şagird məzun olub. Gəncədə isə 44 ümumtəhsil müəssisəsini 2022-2023-cü tədris ilində 2900-dən çox şagird bitirir. Bu münasibətlə reallaşan tədbirlərdə məzunlara gələcək həyatlarında uğurlar dilənib. Tədris ili ərzində fərqlənən müəllim və şagirdlər mükafatlandırılıblar. Şagirdlərin hazırladıqları maraqlı musiqili kompozisiyalar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, “Son zəng” tədbiri hər bir məktəbin daxilində təşkil olunub.
- Baxış: 161