KepezTV Player
Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
- Baxış: 293