• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1226
— 17.04.2023 20:29

Məktəbliləri yoluxucu xəstəliklərdən necə qorumaq olar?

KepezTV Player

Övladlarını məktəbə göndərən valideynləri maraqlandıran vacib məsələlərdən biri də onların təhsil müəssisələrində sağlamlığının qorunmasıdır. Məktəblərdə hər nə qədər tibb məntəqələri mövcud olsa da yoluxucu xəstəliklərə qarşı uşaqları qorumaq olmur. Belə olan halda xəstəliyin yayılması hal müşahidə edilə bilər. Qarşıdakı sujetdə bu barədə danışacağıq. 

Bir müddət əvvəl Bakıda yerləşən məktəblərdən birinin 8-ci sinfində təhsil alan şagirddə vərəm xəstəliyi aşkarlanıb. Bundan sonra dərhal məktəbdə dezinfeksiya işləri aparılıb, uşağın sinif yoldaşlarına peyvənd vurulub. Bu halın yaşanması tibbi yoxlanışlarla bağlı məsələləri aktuallaşdırır. Bizdə bu mövzuda olan suallarınımızı ilk öncə valideyinərə və şagirdlərə ünvanladıq.

Belə qənaətə gəlmək olar ki, əksər məktəblərdə, orada fəaliyyət göstərən tibb işçiləri tərəfindən dırnaq və saç yoxlaması aparılır. Ancaq təhlükəli olan yoluxucu xəstəlikləri təyin eləmək üçün bu yoxlamalar kifayət eləmir. Bunun üçün xəstəxanalarda daha dəqiq müayinə aparılması lazımdır. 

Naibə Məmmədova tibb bacısı: Bizim məktəbdə 985 şagirdimiz var. Onlar 43 sinif təşkil edir. Mən hər gün uşaqların saçlarına dırnaqlarına baxıram. İnfeksion xəstəliklər aşkar olunduqda epidemoliji mərkəzə xəbərdarlıq edirəm. Hələlik biizm məktəbdə heç bir narahatçılıq yoxdur.
 

Raminə Məmmədova Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: Məktəbəqədər təhsil müəssələrində, məktəbə hazırlıq qruplarımda və ümumtəhsil məktəblərinin 1-ci siniflərinə şagirlərin qəbulu zamanı tələb olunan sənədlərdən biri də sağlamlıq haqqında arayışdır ki, valideyinlər övladları barədə bu sənədi ümumtəhsil məktəblərinə mütqləq ki, təqdim etməlidirlər. Bundan başqa ümumtəhsil məktəblərinin əksəriyyətində tibb otaqları, orada çalışan tibbb bacıları fəaliyyət göstərir ki, bu da həmin məktəblərdə şagirdlərin sağlamlığı barədə mütəmadi olaraq məlumat almaq üçün bizə kömək edir. Ancaq bəzi ümumtəhsil mərkəzləri var ki, orada tibb bacısı və ya həkim yoxdur. Bu da səhiyyə idarəsi ilə bağlı olan bir məsələdir.
Həkimlər deyir ki, bəzi yoluxucu xəstəliklər və vərəmə yoluxma ehtimalı məktəb yaşlı uşaqlar və yeniyetmələr arasında daha çoxdur. Əvvəlki illərə nisbətən say azalsa da hazırda məktəb yaşlı uşaqlar arasında 2 nəfər aktiv vərəm xəstəsidir. 

Afaq Əhmədova Gəncə şəhər Birləşmiş Xəstəxanasının Vərəm şöbəsinin həkimi: Vərəmin əsas simptomları uşaqlarda uzunmüddətli öskürək, arıqlama, tərləmə və səbəsiz hərarət olur. Və biz sahə həkimləri ilə belə razılığa gəlirik ki, bu simpromu olan uşaqlar hamsı yoxlanılsın. 2 nəfər bu sentyabrdan bəri alınıbdı onlardan biri ağcıyərdən kənar vərəmdi. Buna əvvəl ankoloji diaqnoz qoyulubdur. Ondan sonra da dəqiq yoxlanıldıqdan sonra vərəm təsdiqlənibdir. Xəstə uşaq aşkar olunanda onun qohumları, yoldaşları, sinif yoldaşları hamsı mantu sınağı ilə müayinə olunur hansının mantu sınağı müsbətdi onlar ximya profiliaktika alır 6 ay ərzində ki, sonra xəstələnməsin.
 

Əvvəllər ildə bir dəfə məktəblərdə mantu sınağı həyata keçirilirdi. Bu da xəstəliyin daha tez müəyyənləşməsi və şagirdlərin nəzarətdə saxlanılmasına xidmət edirdi. Ancaq indi ya müəllim, ya da şagirdlərdə vərəm xəstəliyi aşkar olunarsa digər uşaqların müayinəsi ondan sonra həyata keçirilir.