• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2259
— 15.04.2023 13:07

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

KepezTV Player

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə Əliyevanın vəfatından 38 il ötür. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-in Şərur rayonunda anadan olub. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib. Akademik 1985-ci il aprel ayının 15-də vəfat edib. Allah rəhmət etsin.