• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 11.04.2023 10:33

Fiziki məhdudiyyətli şəxslərin əməyə adaptasiyası

KepezTV Player

Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası ilk növbədə evdən başlamalıdır. Bunun üçün psixoloqlar valideynlərlə birlikdə həmin  şəxslərlə görüşməli və onları qarşılaşacaqları çətinliklər barədə məlumatlandırmalıdırlar. Bunlara vaxtında fikir verilmədikdə onların böyük bir hissəsi, əməkdən və əyləncədən kənarda qalır, insanlarla ünsiyyətdən çəkinirlər. Növbəti mərhələdə isə fiziki məhdudiyyətli şəxslərin təhsil prosesi gəlir. Bunun üçün lazım olan əsas amil, xüsusi avadanlıq və nəqliyyat vasitələri ilə təchiz edilmiş məktəblərdir. Bu cür məktəblərin yaradılması fiziki məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya olmalarına çox böyük yardımçı olur.

Peşə məktəblərində əmək vərdişinə yiyələnən hər bir məhdudiyyətli şəxs özünə qazanc mənbəyi tapa biləcək ki, bu da digər insanlardan olan maddi asılılığını qismən və ya tamamilə aradan qaldıracaq. Bu uşaqların cəmiyyətdə iştirak səviyyəsinin artırılmasında müəllimlərin çox böyük rolu var.

Fiziki məhdudiyyəti olan insanların ictimai yerlərdə və toplum arasında özlərini rahat hissetmələri üçün, insanların onlara qarşı olan  düşüncələri və münasibətləri mütləq şəkildə dəyişməlidir.