Gəncədə Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bilyard idman növü üzrə birincilik keçirilib. İştirakçılar bilyardın “Sərbəst piramida” intizamı üzrə mübarizə aparıblar. Birincilikdə 16 kiy ustası məharətini nümayiş etdirib. Sonda fəxri yerlər tutan idmançılara fəxri fərman, medal və kubok təqdim olunub. Yarışda finala yüksələn iştirakçılar Bakıda keçiriləcək Azərbaycan çempionatında güclərini sınayacaqlar.
Həmid Nəsirov- Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: “Bildiyiniz kimi bu il “Heydər Əliyev İli” elan olunmuşdur və bu münasibətlə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq müxtəlif idman tədbirləri həyata keçirmişik və bu gün də biz bilyard növü üzrə “Sərbəst piramida” növündə yarış keçiririk. Burada əsas məqsəd aprel ayının 1-də Respublika çempionatına hazırlıq məqsədi daşıyır və eyni zamanda onu da qeyd etmək istəyirəm ki, Ulu Öndər “Heydər Əliyev İli” ilə bağlı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən spartakiadaya start verilib və artıq uğurla davam edir. Həmin spartakiadanın final mərhələsi may ayının ortalarında həyata keçiriləcəkdir və bu il ərzində biz digər idman növləri üzrə də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlər həyata keçirəcəyik”.
- Baxış: 537