• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 15.03.2023 12:08

Gənc istedadlar

KepezTV Player

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün vacibdir. Bu nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Onlar  cəmiyyətin ən aparıcı qüvvəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir. Zaman keçdikcə nəsillər dəyişir, ölkələr inkişaf edir. Bu inkişafın mərkəzində isə öz arzularının arxasınca qaçan, istədiklərini əldə edən gənclər dayanır.

İnsanın öz arzularını reallaşdırmağı həyatı doya-doya yaşamaq səbəbidir. Bəzən isə motivasiyamızın düşməyi, xəyallarımız üçün çalışarkən şirin yorğunluq olması normal haldır.

Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. 

Ümumilli lider Heydər Əliyevin də dediyi kimi- bizim xalqımızın, cəmiyyətimizin ən qiymətli sərvəti gənclərimizdir. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Sağlam gənclik sağlam nəsil deməkdir.