• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 10.03.2023 21:30

Nizami irsinin öyrənilməsində Heydər Əliyev izi

KepezTV Player

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Dahi şairin 1981-ci ildə ümummilli liderin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. Bu barədə Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dahi Azərbaycan şairi Nizami Gəncəvi” adlı elmi-prakrik konfransda bildirilib. Şairin məşhur “Xəmsə”si, insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutduğu xatırladılıb. Nizami məqbərəsinin yenidən qurulub, onun adına layiq inşa olunması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi nizamişünaslıq elmini daha da irəli aparmağa geniş imkanlar yaratdığı qeyd edilib.

Xəzangül Hüseynova AYB-nin Gəncə bölməsinin sədri:Heydər Əliyev adını çəkəndə mütləq Nizami Gəncəvi yada düşür.Cünki Heydər Əliyev Nizami Gəncəvini o qədər böyük məhəbbətlə sevirdi ki,istər sitəməz bu ikisinin bir yerdə bu konfransda adları çəkilməyi təqdirəlaiqdir.Nizami Gəncəvini bütün ölkələr,başqa millətlər özünküləşdirməyə cəhd edib ona görə ki Nizami Gəncəvinin əsərlərində bəşəri duyğular çox gözəl qələmə alınıb.Ona görə də hamı cəhd edirki Nizami Gəncəvi onlarındır.Amma Nizami Gəncədə doğulub,Nizami işıqdır,nurdur və Gəncənin adını yüksəklərə qaldıran ən böyük müqəddəs bir pirdir.

Həsənbala Sadıqov AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri:Nizami Gəncəvi Dünyanı min il qabaqlayıbdır.Min il bundan qabaq Nizami Gəncəvi ədalət haqqında 5 cild Xəmsəsini təqdim edib və bunların hamısı dünyaya verilən bir mesajdır.Bu mənada deyir ki ,Nizami Gəncəvi dünyanı bu şəkildə min il qabaqlayıbdır.Böyük uğurlarımızdan biri də bir zamanlar Avropa qılıncını itilətdirirdi,qalxan düzəltdirirdi,nizə istehsal edirdi və o dövrdə Nizami dünyaya bağırırdı ki sülh lazımdır insanlara.