Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart ,1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Bu gün tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
Bu gün güclü cinsin nümayəndələri ətrafdakı qadınlara diqqət, qayğı və sevgilərini nümayiş etdirirlər. Qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlər, şeirlərlə mükafatlandırılır. Bu gün yaşından asılı olmayaraq bütün qadınlar, özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olub.
Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar– həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Bayramınız mübarək!
- Baxış: 364