Samir Quliyev də Türkiyədə təhsil alan tələbələrimizdən biri idi. Ailənin 2 oğul övladından kiçiyi olub Samir. O, Gədəbəy rayonunun İnəkboğan kəndində torpağa tapşırılıb. 23 yaşlı gənc Malatiya İnönü Universitetinin psixologiya fakültəsində təhsil alırdı. 3-cü kursda oxuyan Samir qış imtahanlarını başa vurub, vətənə gəlməyə hazırlaşırdı.
Həsrət Məhərrəmov- Samir Quliyevin dayısı: "Yaxın zamanda gələcəkdi Azərbaycana, bilet almaq üçün biz ona təkliflər elədik. Müəyyən səbəblərdən bilmirik necə oldu. İmtahanlar bitmişdi. Bilet alıb gələcəkdi. Sonuncu dəfə "votsap"la danışdıq. Dedim ki , hazırda nə vaxt gəlirsən, dedi bir-iki işim var gələcəm. Son danışığım oldu. Əvvəl Malatiya şəhərinə yerini dəyişdik, zəlzələ ilə bağlı. Tələbələrmiz də var idi".
- Baxış: 263