KepezTV Player
Gəncədə ailə münaqişəsi zamanı 3 nəfər yanıq xəsarətləri alıb. Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Nazakət Zeynalova, 1994-cü il təvəllüdlü Elnarə Quliyeva və 2013-cü il təvəllüdlü Səma Quliyeva bədənlərinin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yadım göstətilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, əsəblərini cilovlaya bilməyən Elşən Quliyev qayınanası, arvadı və azyaşlı qızının üstünə qaynar su töküb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 342