• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 16.01.2023 16:36

Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 38 faizi tamamlanıb

KepezTV Player

2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilib, tikinti işlərinin isə 38%-i icra edilib.Beynəlxalq əhəmiyyətli marşrut olmaqla dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən qeyd edilib.Dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan körpünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb.Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64%-i yerinə yetiriib.