Son zamanlar cəmiyyətimizdə aqressiv, əsəbi və səbrsiz insanlarla daha çox rastlaşırıq. Bu psixoloji problemlər sağlam həyat üçün bir növ təhlükədir. Gündəlik həyatımızda bu hissləri yaşamayan çox az adam tapılar. Sosial və məişət həyatımızdakı çətinliklərin çoxluğu, cəmiyyətin "camaat nə deyər?!" düşüncəsi, maddi çatışmazlıq,ailədəki söz-söhbət və daha yüzlərlə belə səbəb bu halların artmasına gətirib çıxardır. Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşərək həm özümüzün, həm də ətrafdakıların qanını qaraldırıq. Ancaq çox insan əsəbin orqanizmə dağıdıcı təsir göstərməsindən xəbərsizdir. Zaman-zaman ətrafda qışqıran, aqressiyasını ətrafdakılara büruzə verənləri gördükdə istər-istəməz belələrini tərbiyəsiz, hövsələsiz kimi qəbul edirik.
Adım Elmardır.Yadımdadır ki,uşaq vaxtı ailəmdə problemlər tez-tez olurdu və mənə təsiri mütləq olurdu.Heç nəyi yaddan çıxarda bilmirdim.Hadisələr gözümün qabağından getmirdi.Dərslərimə fikir vermir,heç kimlə yola getmir,çox səbrsiz davranırdım.Demək olar ki,hər şeyə əsəbiləşirdim.Nəticədə mən böyüdükcə yaşadıqlarım da mənimlə birlikdə böyüdü.Bir gün dostumla təsadüfən qarşılaşdıq,xeyli söhbət etdik.Səbrlə mənə qulaq asırdı,çünki özümdə öz hərəkətlərimdən bezmişdim. Artıq kiməsə bu haqda danışmağa məcbur idim.Uzun söhbətimizdən sonra “Bütün yaşadıqların sənin üçün çox ağır olub və mənim fikrimə qalarsa bunlar səndə travmaya çevrilib.Gəl gec olmadan həkimə müraciət edək” dedi.Mən mütəxəssislərə səslənirəm ki,mənə bu aqressiyamı idarə etmək də yol göstərsinlər.
Eyni zamanda çox işləmək,düzgün qidalanmamaq,rejimsiz həyat tərzi,yuxusuzluq da aqresiyaya səbəb olur. Bu hal orqanizmin təbii müdafiə reaksiyası adlandırılır. Psixoloqların bildirdiyinə görə, insan çox ağrı çəkdikdə, qorxduqda, qıcıqlandıqda özündən asılı olmadan aqressiv davranışa meyl edir və bu da ailə üzvləri, yaxın insanlarla ünsiyyətdə problemə yol açır. Eyni reaksiyalar stress zamanı da müşahidə edilir. Bu hal zamanı həmçinin ciddi xəstəliklərdən olan, baş ağrıları,ürək və şəkər xəstəliyi,depressiya və hətta dəriyə təsir edir. Ancaq bütün psixoloji gərginliklərin mənfi tərəfi olduğu kimi, həm də müsbət yönləri vardır. Əgər bütün bu duyğu və hisslərin təsirini lazımı qaydada idarə etsək, hədəflərimizə yaxınlaşmağımıza kömək olar. Xoş sabahlar.
- Baxış: 538